"Neftçi"dən ayrılan futbolçu Paraqvay klubunda

16:02 - 29 İyul 2018

"Neftçi"dən ayrılan Fransisko Qarsiyanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Qato" ləqəbli yarımmüdafiəçi karyerasını ölkəsi Paraqvayda davam etdirəcək. 27 yaşlı futbolçu “İndependiente” klubuna azad agent statusu ilə keçib.

 

Qeyd edək ki, Qarsiya "Neftçi"yə bu ilin yanvarında "Serro Porteno" klubundan keçmişdi.

Xəbər xətti