"Zirə"nin planında dəyişiklik

00:04 - 30 İyul 2018

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə”nin hazırlıq planında dəyişiklik olub.

 

Sportal.az klubun "twitter" hesabına istinadən xəbər verir ki, komanda sabah əvvəldən planda tutulduğu kimi “Əskişəhərspor”la yox, İranın "Traktorsazi" klubunun U-23 komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, "Zirə" Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin "Əl-Xaritiyah" (1:1) klubu və Türkiyə "Giresunspor"u (0:0) ilə bərabərə qalıb, "Osmanlıspor"a qalib gəlib (1:0).

Xəbər xətti