Ufuk Budakın yeni klubu rəsmən bəlli oldu

10:05 - 30 İyul 2018

Milli komandamızın üzvü Ufuk Budakın yeni klubunun müəyyənləşib.  

 

Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını yenə də Türkiyə I liqasında davam etdirəcək. "Samsunspor"dan ayrılan futbolçu I Liqanın digər təmsilçisi "Boluspor"a keçib. O, Bolu təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.  

 

Qeyd edək ki, Ufuk Budak karyerası ərzində "Ülm", "Frayburq", "Əskişəhərspor", "Qaziantep BB", "Kayserispor" və "Manisaspor" kimi komandalarda çıxış edib. Ufuk millimizin heyətində 17 oyun keçirib.

Xəbər xətti