Azərbaycanlı futbolçudan Çexiyada mövsümə uğurlu start

15:50 - 30 İyul 2018

Çexiya Gənclər Liqasında yeni mövsümə start verilib. 

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası ilk turda “Viktoriya” ilə qarşılaşıb. Görüş “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

 

Fərid “Slaviya”nın qələbə qazanmasında xüsusi pay sahibi olub. O, vurduğu 2 qolla komandasına qələbə qazandırıb.

 

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi ötən mövsümdən Çexiyada çıxış edir.

Xəbər xətti