"Kukesi"nin futbolçusu: "Qarabağ" təzyiq altında oynayacaq"

10:49 - 31 İyul 2018

"İlk oyunda qapını toxunulmaz saxlamaq vacib idi. Biz istəyimizə nail aldıq, çünki qol buraxmadıq. Baxmayaraq ki, biz də fərqlənmədik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Albaniyanın "Kukesi" klubunun yarımmüdafiəçisi Besar Musolli deyib. Kosovo millisinin üzvü "Qarabağ"ın cavab görüşündə təzyiq altında çıxış edəcəyini bildirib:

 

"Onlar təzyiq altında oynayacaqlar, çünki qol vurmağa çalışacaqlar. Səfərdə oynayacağıq və çox əziyyət çəkəcəyik, bunu yaxşı dərk edirik. "Qarabağ" bu oyunda daha güclü olacaq. Biz mərhələ adlamaq üçün mübarizə aparacağıq. Qrup mərhələsi bizim xəyalımızdır".

 

Qeyd edək ki, ilk oyunda hesab açılmayıb. Cavab görüşü sabah saat 21:00-da baş tutacaq.

Xəbər xətti