Villiandan "Barselona"ya bəd xəbər

13:50 - 31 İyul 2018

Adı "Barselona" və "Mançester Yunayted"lə hallanan "Çelsi"nin vingeri Villian gələcəyilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü Londonda xoşbəxt olduğunu "Çelsi"dən ayrılmaq istəmədiyini açıqlayıb. O, yeni mövsümə "Çelsi"də başlamaq istədiyini deyib.

 

Qeyd edək ki, "Barselona" 29 yaşlı futbolçu üçün "Çelsi"yə 3 dəfə təklif göndərmişdi.

 

Villian 2013-cü ildən "Çelsi"də çıxış edir.

Xəbər xətti