Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verildi

00:34 - 1 Avqust 2018

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, keçirilən oyunlardan sonra 3-cü mərhələyə yüksələn 3 komandanın adı bəlli olub. "Şkendiya", "Spartak" (Trnava) və Zaqreb "Dinamo"su III mərhələyə yüksəliblər.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

31 iyul

 

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:2

Qollar: Oqu, 14, Stoyanoviç, 34 (avtoqol) - Budimir, 49, Hayroviç, 54

İlk oyun – 0:5

 

“Şerif” (Moldova) - “Şkendiya” (Makedoniya) - 0:0

İlk oyun – 0:1

 

“Spartak” (Trnava, Slovakiya) - “Legiya” (Varşava, Polşa) - 0:1

Qol: Asitz, 63

İlk oyun – 2:0

Xəbər xətti