"Bursaspor" millimizin üzvünü bu komandaya icarəyə verir

16:22 - 1 Avqust 2018

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçünün danışıq apardığı klubun adı bəlli olub.  

 

Sportal.az xəbər verir ki, "Bursaspor"da güclənə bilməyən futbolçu karyerasını "Giresunspor"da davam etdirə bilər. "İnegölspor"un təklifinə rədd cavabı verən gənc futbolçu, "Giresunspor"la danışıq aparmağa razılıq verib. O, TFF I liqasında mübarizə aparan klubla müqavilə imzalamağa yaxındır. Ozancanla danışıqlar müsbət yekunlaşsa,  "Giresunspor"da icarə əsasında oynayacaq.

 

Qeyd edək ki, Ozan Can Kökçü ötən mövsümü icarə əsasında Hollandiyanın "Valveyk" klubunda keçirib. 

Xəbər xətti