Çempionlar Liqası: II təsnifat mərhələsinə yekun vuruldu

01:33 - 2 Avqust 2018

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın dogma meydanda Albaniya “Kukesi”si ilə üz-üzə gəldiyi gündə daha 8 qarşılaşma baş tutub.

 

Ağdam klubu 3-cü təsnifat mərhələsinə yüksələcəyi təqdirdə, HİK - BATE cütünün qalibi ilə üz-üzə gələcəkdi. Bu komandalar arasında da ilk görüşdə qol vurulmamışdı. BATE səfərdə qələbə qazanmaqla “Qarabağ” kimi növbəti mərhələyə yüksəlib.

 

Çempionlar Liqası

II təsnifat mərhələsinin cavab oyunları 

 

HJK (Finlandiya) - BATE (Belarus) - 1:2 (ilk oyun 0:0)

Qollar: Yaqubi, 28 // Rafinya, 20 (ö.q), Staseviç, 24

 

Midtyulland (Danimarka) - Astana (Qazaxıstan) - 0:0  (1:2)

 

Qarabağ (Azərbaycan) - Kukesi (Albaniya) - 3:0 (0:0)

Qollar: Kintana, 24 (p), 57 (p), Con Delarj, 89

 

Malmö (İsveç) - ÇFR Kluj (Rumıniya) - 1:1 (1:0)

Qollar: Traustason, 55 // Cokoviç, 37

 

Suduva (Litva) - Srvena Zvezda (Serbiya) - 0:2 (0:3)

Qollar: Nabouhane, 8, Radonyiç, 38. 

 

Bazel (İsveçrə) - PAOK (Yunanıstan)  0:3 (1:2)

Qollar: Varela, 7, Priyoviç, 52, Əl Kadduri, 60. 

 

Videoton (Macarıstan) - Ludoqorets (Bolqarıstan) - 1:0 (0:0)

Qol: Hadziç, 45.

 

Şturm (Avstriya) - Ayaks (Hollandiya) - 1:3 (0:2)

Qollar: Onana, 89 (ö.q) // Huntelaar, 39, 77, Tadiç, 46

 

Rusenburq (Norveç) - Seltik (Şotlandiya) - 0:0  (1:3)

Xəbər xətti