"Qarabağ"ın BATE ilə oyunlarının vaxtı açıqlandı

11:11 - 2 Avqust 2018

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, oyunların tarixi açıqlanıb. Tərəflər arasında ilk oyun avqustun 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.  

 

Cavab qarşılaşması isə avqustun 14-ü baş tutacaq. "Borisov Arena"da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti