Namiq Ələsgərov geri döndü

12:27 - 2 Avqust 2018

"Neftçi” yeni mövsümə hazılığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda ötən gün klubun bazasında növbəti məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Xeyli müddətdi zədə üzündən hazırlıqdan kənarda qalan Namiq Ələsgərov isə fərdi məşqlə kifayətlənib.

 

Hazırlıq bu gün də bir məşqlə davam edəcək.

 

Xatırladaq ki, avqustun 4-də “Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçiriləcək.

Xəbər xətti