"Qarabağ" - BATE: biletlər satışa çıxarıldı

15:29 - 2 Avqust 2018

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ”- BATE matçının biletləri artıq satışa çıxarılıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün biletləri ilkin mərhələdə yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq “iTicket.az” saytından əldə etmək olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

 

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

 

Şatış məntəqələri: 
1. Qarabağ FK Fan-şop
2. Tofiq Bəhramov adına Respublika stadionun kassalarında
3. İticket.az (onlayn)

 

“Qarabağ” - BATE matçı avqustun 7-də, saat 21:00-da start götürəcək.

Xəbər xətti