Baş məşqçi açıqladı: "Şeydayevin komandamıza qoşulmasını gözləyirik"

16:53 - 2 Avqust 2018

Avstriyanın "Mattersburq" klubunun baş məşqçisi Jerald Baumqartner açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa klubunun çalışdırıcısı "Trabzonspor"da çıxış edən milli komandamızın hücumçusu Ramil Şeydayevi transfer etməkdə israrlı olduqlarını deyib:

 

"Şeydayev üçün şərtlərimizi demişik. Onun komandamıza qoşulmasını gözləyirik. Transfer dönəminə bir müddət var. Ramilə təklifimizi etmişik. Əgər bizə gəlməsə, alternativ variantlara baxmalı olacağıq".

 

Qeyd edək ki, Şeydayevin "Trabzonspor"la 2020-ci ilə qədər müqaviləsi var.

Xəbər xətti