Türkiyə klubu cəzadan qurtulmaq üçün millimizin üzvü ilə danışıqlara başladı

16:10 - 2 Avqust 2018

Türkiyənin "Manisaspor" klubu FIFA-nın tətbiq etdiyi transfer qadağasının aradan qaldırılması üçün millimizin futbolçusu Ufuk Budakla danışıqlar aparır.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. II Liqa təmsilçisi 28 yaşlı müdafiəçinin alacağı pullardan imtina etməsi üçün danışıqlara başlayıb. Klub prezidenti Bülənt Baygəldi futbolçunun vəkili ilə danışmaq üçün İstanbula gedib. Ufuk Budak həmin pullardan imtina etsə, "Manisaspor"un transfer qadağası ləğv oluna bilər.

 

Qeyd edək ki, "Manisaspor" keçmiş futbolçularının maaşını ödəyə bilmədiyi üçün kluba transfer qadağası qoyulub. Ufuk Budak bu yay I Liqa təmsilçisi "Boluspor"a transfer olub.

Xəbər xətti