Misir millisində yeni baş məşqçi

18:33 - 2 Avqust 2018

Misir millisinin yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi postu meksikalı mütəxəssis Xavyer Aqirreyə həvalə edilib. Bu barədə məlumatı Misir Futbol Federasiyasının rəsmi saytı yayıb.

 

Aqirre “Atletiko”, “Saraqosa”, “Espanyol”, “Əl Vahda” klublarını çalışdırıb. Aqirre Meksika və Yaponya milli komandalarının da baş məşqçisi olub. 59 yaşlı mütəxəssis bu vəzifədə Hektor Kuperi əvəz edib.

Xəbər xətti