Ruslan Abışov yaşıl meydanlara nə vaxt dönəcək? - açıqladı

12:40 - 3 Avqust 2018

"Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunub. Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

 

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.

Xəbər xətti