Ben Arfa İspaniya klubunun bir addımlığında

01:38 - 4 Avqust 2018

PSJ-dən ayrılan Hatem Ben-Arfanın yeni klubu bəlli olmayıb.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü İspaniyada çıxış edə bilər. 31 yaşlı yarımmüdafiəçi ilə La Liqada çıxış edən "Rayo Valyekano" maraqlanır. Ben Arfanın Madrid təmsilçisinə transfer olmağa yaxın olduğu haqda xəbərlər dolaşır.

 

Qeyd edək ki, Ben Arfa ötən mövsüm PSJ-də heç bir oyunda meydana çıxmayıb.

Xəbər xətti