Millimiz Belarusa yenə uduzdu

16:54 - 4 Avqust 2018

Minskdə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, oyunda hesabı komandamızın hücumçusu Musa Qurbanlı açıb. Ancaq rəqibin 2 qol vurmasına mane ola bilməyən yığmamız yekunda məğlub olub -1:2.

 

Qeyd edək ki, yığmamız ilk görüşdə rəqibinə 2:3 hesabı ilə uduzub.

Xəbər xətti