Ramin Quliyev: "Keyfiyyətli oyunçularımızın az olması sözünü dedi"

17:26 - 4 Avqust 2018

"Birinci hissə bərabər səviyyədə keçdi. Fasilədən sonra qol vursaq da, hesabdakı üstünlüyümüzü qoruya bilmədik. Uşaqlar əzmkar mübarizə apardılar, amma yaratdığımız qol epizodlarını düzgün tamamlaya bilmədik"

 

Sportal.az xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Ramin Quliyev Minskdəki təlim-məşq toplanışında Belarusa 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Mütəxəssis keyfiyyətli oyunçu azlığından şikayətlənib:

 

“Keyfiyyətli oyunçularımızın az olması sözünü dedi. Ancaq futbolçuların meydanda istəkli olması, güclərini sona qədər sərf etmələri təqdirəlayiq haldı. Vaxtımız az olsa da, oyun keyfiyyətini yüksəltməyə çalışacağıq”.

Xəbər xətti