Azərbaycan klubu Bolqarıstandan futbolçu alır

17:46 - 4 Avqust 2018

Bolqarıstanın "Slaviya" klubunun futbolçusu Stefan Velkov Azərbaycandan təklif alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. 21 yaşlı müdafiəçini transfer etmək istəyən Premyer Liqa klubumuzun adı isə açıqlanmayıb. Sofiya təmsilçisində əsas heyətdə düşünülməyən futbolçu komandadan ayrılmağı planlaşdırır.

 

Qeyd edək ki, Bolqarıstanın U-16, U-17, U-19 və U-21 millilərində çıxış etmiş futbolçu Sofiya "Slaviya"sının yetirməsidir. Velkov 2013-cü ildən əsas komandada çıxış edir.

Xəbər xətti