Samuel Eto Türkiyədə qalır

14:16 - 5 Avqust 2018

Türkiyə Super Liqa təmsilçisi "Konyaspor"dan ayrılan Samuel Etonun yeni klubu bəlli olmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, Kamerun millisinin keçmiş üzvü "Bursaspor"la danışıqlar aparır. Türkiyə mətbuatının məlumatına görə, "yaşıl timsahlar" 37 yaşlı hücumçu ilə böyük ölçüdə razılığa gəlib.

 

Qeyd edək ki, Eto "Konyaspor"a bu ilin yanvarında "Antalyaspor"dan keçmişdi. Təcrübəli forvard "Real" Madrid, "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton" və "Sampdoriya" kimi klublarda çıxış edib.

 

Xəbər xətti