Dadaşov oynadı, komandası məğlub oldu

15:46 - 5 Avqust 2018

Almaniya 3-cü Liqasında 2-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu doğma meydanda “Karl Tseyss” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

 

Rüfət start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

Münster təmsilçisi 2 turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti