"Qarabağ" - BATE matçına nə qədər bilet satılıb?

16:54 - 5 Avqust 2018

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – BATE (Belarus) oyununa bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, matça 13 min bilet satılıb. Biletləri stadionun kassaları, “Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.

 

Qeyd edək ki, “Qarabağ” – BATE matçı avqustun 7-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti