Paşayevli “Aleksandriya” ardıcıl üçüncü qələbəsini qazandı

00:33 - 6 Avqust 2018

Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə “Desna” ilə qarşılaşıb və bu oyundan da qələbə ilə ayrılıb – 2:0.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Geridə qalan turlarda qələbələri sıralayan “Aleksandriya” Kiyev “Dinamo”su ilə birgə 9 xalla zirvəyə şərikdi.

Xəbər xətti