"Çelsi"nin futbolçusundan "Barselona"ya rədd cavabı

18:34 - 6 Avqust 2018

"Çelsi"nin vingeri Villian gələcəyilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü "Barselona"dan təklif aldığını, lakin "Çelsi"də qalmaq istədiyini bəyan edib:

 

"Çelsi"nin futbolçusuyam və burada qalmaq fikrindəyəm. "Barselona"dan təklif var, amma getmək istəmirəm"

 

Qeyd edək ki, "Barselona" 29 yaşlı futbolçu üçün "Çelsi"yə 3 dəfə təklif göndərmişdi.

 

Villian 2013-cü ildən "Çelsi"də çıxış edir.

Xəbər xətti