"Napoli"nin prezidenti: "Stadionumuz daha çox tualetə oxşayır"

01:00 - 7 Avqust 2018

"Napoli"nin prezidenti Aurelio De Laurentiis maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Neapol klubunun başqanı şəhər orqanlarından stadionu təmir etdirmək üçün yardım gözlədiklərini deyib: "Stadionumuz "San-Paolo"nun yenilənməli olduğunu deməkdən təngə gəlmişəm. Amma şəhər orqanları bizə yardım etmirlər. Stadionumuza əl gəzdirilməlidir, çünki daha çox tualetə bənzəyir".

 

Qeyd edək ki, "San-Paolo" stadionu 1959-cu ildə inşa edilib və 60,240 nəfər azarkeş tutumuna malikdir.

Xəbər xətti