Kurtua "Çelsi"nin məşqlərindən imtina etdi

12:55 - 7 Avqust 2018

Adı Madrid "Real"ı ilə hallanan "Çelsi"nin qapıçısı Tibo Kurtua komandanın məşqlərinə qatılmayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "Daily Telegraph" nəşri məlumat yayıb. Məlumata görə, Kurtua kluba məlumat vermədən məşqə qatılmayıb. Belçika millisinin üzvünün bu hərəkəti "kral klubu"na keçəcəyi iddialarını daha da qığılcımlandırıb.

 

Qeyd edək ki, 26 yaşlı qapıçı 2011-ci ildə "Genk"dən 9 milyon avroya "Çelsi"yə keçib. O, 2011/2014-cü illərdə "Atletiko"da icarə əsasında oynayıb.

Xəbər xətti