Ramil Şeydayev "Trabzonspor"un düşərgəsinə döndü

14:19 - 7 Avqust 2018

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsinə geri dönüb.  

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu gün çempionatın I turu çərçivəsində "Başakşəhər"ə qarşı keçirəcəkləri matçın hazırlıqlarına başlayıb.  Hazırlıqlarda milli komandamızın hücumçusu da iştirak edib.  

 

Ramil Şeydayev iki gündür komandanın düşərgəsindən ayrılsa da, yenidən geri qayıdıb.  Onun klubda qalıb-qalmayacağı hələlik bəlli olmayıb.  

 

Qeyd edək ki, Avstriyanın "Mattersburq" klubu Şeydayevi icarəyə götürmək istəyir.

Xəbər xətti