Qriqorçuk Qazaxıstanda ən yaxşı seçildi

17:56 - 7 Avqust 2018

“Qəbələ"nin keçmiş baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanda iyul ayının ən yaxşı məşqçisi seçilib.

 

Sportal.az xəbər verir ki, hazırda "Astana”nı çalışdıran ukraynalı mütəxəssis Peşəkar Futbol Liqasının Premyer Liqa klublarının baş məşqçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, bütün həmkarlarını qabaqlayıb.

 

Sorğuda iştirak edən 12 məşqçidən 3-ü Qriqorçuka səs verməyib ki, onlardan da biri özü olub.

 

Qriqorçuk “Qəbələ”dən ötən mövsümün sonunda ayrılmışdı.

 

"Astana" 54 xalla Qazaxıstan Premyer Liqasının vahid lideridir.

Xəbər xətti