"Qarabağ" qara, BATE sarı forma ilə

18:33 - 7 Avqust 2018

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - BATE matçında komandaların meydana hansı rəngli formalarla çıxacağı bəlli olub.

 

Sportal.az xəbər verir ki, Belarus təmsilçisi meydana sarı forma ilə çıxacaq, qapıçı isə qırmızı rəngli futbolka geyinəcək. "Qarabağ" isə qara rəngdən istifadə edəcək. Qapıçı isə ağ rəngli futbolkada olacaq.

 

Xatırladaq ki, "Qarabağ" - BATE görüşü bu gün saat 21:00-da başlayacaq.

Xəbər xətti