Almeydalı "Astana" evdə məğlub oldu VİDEO

00:28 - 8 Avqust 2018

Millimizin üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" klubunu qəbul edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Zaqreb klubunun meydan sahibləri üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda “Astana”nı çalışdıran Roman Qriqorçuk bu oyunda Almeydaya da şans verib. Millimizin üzvü 46-cı dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

 

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Zaqrebdə keçiriləcək.

 

Xəbər xətti