"Yuventus" və "Çelsi"nin sabiq futbolçusu "Keşlə"dən alınan oyunçudan danışdı

17:17 - 8 Avqust 2018

Məşhur futbolçu Adrian Mutu "Keşlə"dən Rumıniyanın "Universitatya Krayova" klubuna transfer olan Sezar Meza Kollini tərifləyib.

 

Sportal.az xəbər verir ki, Rumıniya millisinin keçmiş üzvü bir zamanlar "Çezena"da komanda yoldaşı olan paraqvaylı oyunçunun faydalı keçid olduğunu deyib: "Meza Kollidə əla keyfiyyətlərə malikdir. Sol ayağı ilə yaxşı oynayır. Özü də yaxşı oğlandır. "Universitatya Krayova" əla transfer edib. Meza Kollinin faydası böyük olacaq. Ona yaxşı bələdəm. Bu transfer üçün mənimlə də məsləhətləşdi. Ona uğurlar arzu edirəm".

 

Meza Kolli özü də bu transferlə bağlı danışıb. O, Adrian Skarlatake və Adrian Mutu ilı məsləhətləşdiyini deyib: "Keşlə"dəki komanda yoldaşımdan "Universitatya Krayova" haqda məlumat topladım. Adrian Mutu ilə də məsləhət aldım. Onlar mənə müsbət fikirlər söylədilər".

 

Qeyd edək ki, 2016-cı ildə karyerasını başa vuran 39 yaşlı Adrian Mutu "İnter", "Verona", "Parma", "Çelsi", "Yuventus", "Fiorentina" və "Çezena" kimi komandalarda çıxış edib. Sezar Meza Kolli 2011/12 mövsümündə İtaliyanın "Çezena" klubunda Mutu ilə birgə çıxış edib.

Xəbər xətti