Federasiya prezidentinin Qvardiola arzusu

18:06 - 8 Avqust 2018

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapiya maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qurum rəsmisi milli komandanın "sükanı arxası"na Pep Qvardiolanı görmək istədiklərini açıqlayıb. DÇ-2018-də uğursuz çıxışdan sonra postundan qovulan Xorxe Sampaolini müvəqqəti olaraq, Lionel Skaloni əvəzləyib. Lakin federasiyasın Qvardiola arzusu var. Tapiya 47 yaşlı mütəxəssisin "tanqoçular"ın "sükanı"na keçəcəyinin çox çətin məsələ olduğunu və bu anlaşmanın mümkün olmayacağını deyib.

 

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə 2021-ci ilə qədər müqaviləsi mövcuddur.

Xəbər xətti