"Qarabağ"ın 5 illik seriyası qırıldı

Ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsində evdə BATE-yə 0:1 hesabı ilə uduzan “Qarabağ”ın avrokuboklardakı uzunmüddətli seriyası qırılıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu 5 ildən sonra avrokubokların təsnifat mərhələsinin ev oyununda məğlubiyyətlə üzləşib.

 

Ağdam təmsilçisi sonuncu dəfə Avropa Liqasının 2013/14 mövsümünün pley-offunda Almaniyanın “Ayntraxt” klubuna evdə uduzmuşdu – 0:2. Həmin zamandan bəri Qurban Qurbanovun komandası avrokubokların təsnifat mərhələsində keçirdiyi 14 matçın 8-də qələbə qazanmış, 6-da heç-heçə eləmişdi.

 

Tarix: 8 Avqust [17:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2018
17  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio