Meksikalı futbolçu rəsmən "Səbail"də

00:00 - 9 Avqust 2018

Topaz Premyer Liqasında mübarizə aparan "Səbail” klubu növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu heyətinə qatdığını rəsmən açıqlayıb. Ancaq 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

 

Karyerası əsasən ölkəsinin klubları ilə bağlı olan təcrübəli oyunçu son mövsümü Kipr “Ermis”ində keçirib. O, 2009-11-ci illərdə Meksika millisinin də şərəfini qoruyub. Yığmada 5 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.

 

Qeyd edək ki, "Səbail" yay transfer dönəmində Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Vüqar Bəybalayev, Ruslan Qurbanov, İqor Korotetski, Kevin Koubemba və Enrike Moura kimi futbolçularla güclənib. 

Xəbər xətti