Kurtua "Real"a, Kovaçiç "Çelsi"yə keçdi RƏSMİ

"Çelsi"nin qapıçısı Tibo Kurtuanın "Real"a keçidi baş tutub.

 

Sportal.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Bu keçidin qarşılığında "kral klubu" yarımmüdafiəçisi Mateo Kovaçiçi London təmsilçisinə 1 il icarəyə verib. Kurtuanın transferindən "zadəganlar" 35 milyon avro qazanıb.

 

Qeyd edək ki, "Çelsi" 26 yaşlı belçikalı qapıçının əvəzinə "Atletik"dən Kepa Arrisabalaqanı 80 milyon avroya transfer edib.

Tarix: 9 Avqust [00:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio