Əliyar Ağayev ÇL-də: qırmızı vərəqə, penalti VİDEO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı referi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində  baş tutan "Zalsburq" - "Şkendiya" matçında ədalət təmsilçisi olub.  

 

Avstriyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Zalsburq" rəqibinin qapısından 3 cavabsız qol keçirib. Avstriya təmsilçisi qollardan birini penaltidən vurub.  

 

Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb.  O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb. 

 

Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.    

 

Tarix: 9 Avqust [01:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio