UEFA-nın reytinqi: Azərbaycan gerilədi

10:08 - 9 Avqust 2018

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın mövqeyi dəyişib. AEK-lə heç-heçə edən "Seltik" Şotlandiyanın reytinq xalını artırıb. 18,125 xalı olan britaniyalılar əlavə göstəricilərə görə 23-cü pilləyə yüksəlib və ölkəmizi geridə qoyub. Azərbaycan 18,125 xalla 24-cü sırada qərarlaşıb.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan İsrailin isə 18,000 xalı var.

Xəbər xətti