Dieqo Simeone: "Qarabağ"la oyunlar bizim üçün zərbə oldu"

Madridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone açıqlama verib.  

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis ötən mövsüm Çempionlar Liqasında qrup mərhələsində mübarizəni dayandırmalarının səbəblərini açıqlayıb: "Çempionlar Liqasından kənarda qalmağımızı həzm etmək çətin idi. Çünki qrupumuzun liderlərindən xal alıb nəyə qadir olduğumuzu göstərmişdik. Bizim qarşımızı "Çelsi" və "Roma" kəsmədi. "Qarabağ"la matçlardakı uğursuzluq səbəbi ilə növbəti mərhələyə yüksələ bilmədik. Bu, bizim üçün zərbə oldu. Çünki Çempionlar Liqasında yaxşı çıxış etmək haqda düşünürdük".   

 

Argentinalı çalışdırıcı avqustun 15-də UEFA Super Kuboku uğrunda “Real”la keçirəcəkləri oyun haqda danışıb: "Bir müddət uğursuzluq zolağına düşsək də, sonradan özümüzə gəldik və Avropa Liqasının qalibi olduq.  Qarşıda bizi "Real"la vacib və çətin qarşılaşma gözləyir. Məvsümə kubokla başlamaq bizim üçün əlavə motivasiya olacaq". 

 

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Atletiko” həm Bakıda, həm də Madriddə xal itkisi ilə üzləşib (0:0, 1:1). 

Tarix: 9 Avqust [10:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2018
17  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio