Rus jurnalistləri Yunanıstanda döydülər

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən PAOK - “Spartak” (3:2) matçından öncə qalmaqal baş verib. 

 

Sportal.az xəbər verir ki, "Tumba" stadionun ətrafında rus jurnalistlər yerli azarkeşlərin hücumuna məruz qalıblar. Rusiyalı jurnalist Dmitri Yeqorov sosial şəbəkə hesabında paylaşdığı məlumatda yunanıstanlı azarkeşlər tərəfindən bir neçə jurnalistin döyüldüyünü yazıb. Yunan azarkeşlər qələm əhlini döyməklə kifayətlənməyiblər. Onlar oyunu işıqlandırmağa gələn jurnalistləri soyublar və üstəlik, akkreditasiyalarını almağa da cəhd ediblər.

Tarix: 9 Avqust [11:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio