"Sumqayıt" Andrey Popoviçlə bağlı qərar verdi

"Sumqayıt" düşərgəyə dəvət etdiyi millimizin sabiq qolkiperi Andrey Popoviçlə bağlı qərar verib.

 

"Gənclik şəhəri" təmsilçisi 26 yaşlı qapıçı ilə müqavilə bağlamayıb. O, komandanın düşərgəsini tərk edib. Bu barədə Sportal.az-a klubun idman direktoru Zamiq Hüseynov söyləyib: "Popoviçi PFL-ə sifariş etmədik. Bu transfer müəyyən səbəblərdən alınmadı. Gələcəkdə onun keçidi mümkündür".

 

Millimizdə 2 oyun keçirən Popoviç "Bakı", "Abşeron", "Sumqayıt", "Turan Tovuz" və "Qəbələ"də çıxış edib. Andrey 2 ildir ki, rəsmi oyun keçirmir.

Tarix: 9 Avqust [11:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio