"Qəbələ"nin sabiq futbolçusunun başı dərddə: "Uşaqlarına sahib çıx!"

"Qəbələ"nin sabiq futbolçusu, hazırda Serbiyanın "Srvena Zvezda" klubunda çıxış edən Lorenso Ebesilyonun başı qalmaqaldadır.

 

Sportal.az xəbər verir ki, Rusiya telekanallarının birində Anna Baqayeva və Darya Danilina adlı qadınlar hollandiyalı yarımmüdafiəçidən dünyaya uşaq gətirdiklərini iddia ediblər. Hər iki uşaq ötən il dünyaya göz açıblar. Futbolçu uşaqları əvvəlcədən qəbul etsə də, sonradan qadınlarla əlaqəni kəsib. DNT analizi uşaqların bacı-qardaş (Mateo, Malena) olduğunu təsdiq edib. Anna və Darya Lorensodan uşaqlara sahib çıxmağı tələb ediblər.

 

Qeyd edək ki, 2017-2017-ci illərdə "Anji"də çıxış edib. 26 yaşlı futbolçu Mahaçqala klubundan ayrıldıqdan sonra APOEL-də də çıxış edib. 2013/14 mövsmünü "Qəbələ"də icarə əsasında keçirən yarımmüdafiəçi hazırda "Srvena Zvezda"nın şərəfini qoruyur.

 

Tarix: 9 Avqust [15:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio