"Everton" "Barselona"nın futbolçusunu transfer etdi

Adı "Mançester Yunayted"lə hallanan "Barselona"nın müdafiəçisi Yerri Minanın yeni klubu bəlli olmaq üzrədir.

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kolumbiya millisinin üzvü "Everton"a transfer olacaq. 23 yaşlı müdafiəçi Liverpul təmsilçisi üçün tibbi müayinədən keçib. Gün ərzində onun transferi rəsmən açıqlanacaq. Bu transferinin 30 milyon avro qarşılığında reallaşacağı gözlənilir.

 

Qeyd edək ki, Mina ötən mövsüm qış fasiləsində "Barselona"ya keçmişdi və 5 oyunda şans qazanmışdı.

Tarix: 9 Avqust [15:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio