UEFA reytinqi açıqladı: ən yaxşımız "Qarabağ"dır

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, cədvəldə klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın mövqeyi dəyişməyib. 19,000 xalı olan "Qarabağ" eyni xala malik "Selta" (İspaniya) ilə birgə 65-66-cı pillələri bölüşürlər. "Qarabağ"dan bir pillə öndə isə Belarusun BATE klubudur (19,500 xal).

 

Digər klublarımızdan "Qəbələ" aktivindəki 6.250 xalla 169-cudurr. "Neftçi", "Keşlə", "Zirə", "Xəzər Lənkəran" və "Kəpəz" 3.625 xalla 281-291-ci yerləri bölüşürlər.

 

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 131,000 xala malik "Real" başçılıq edir. "Bavariya" və "Barselona" 112,000 xalla 2-3-cü yerləri bölüşürlər.

Tarix: 9 Avqust [18:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio