"Trabzonspor" Ramil Şeydayevlə yolları ayırdı RƏSMİ

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb. 

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

 

"Trabzonspor" Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi. 

 

Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildə "Zenit"də "Trabzonspor"a keçmişdi. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.

Tarix: 9 Avqust [20:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Mart 2019
22  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio