"Keşlə" serbiyalı futbolçu ilə müqavilə imzaladı

00:21 - 10 Avqust 2018

“Keşlə” yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Nikol Mitroviçlə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun saytı məlumat yayıb.

 

Qeyd edək ki, son olaraq, Polşanın "Visla" klubunda çıxış edən Mitroviç müxtəlif illərdə "Partizan", "Uypeşt", "Makkabi" (Təl-Əviv) və "Anortosis" kimi komandaların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Serbiya millisinə də dəvət alıb və cəmi 1 oyunda meydana çıxıb.

Xəbər xətti