Budaq Nəsirov Azərbaycan klubunda!

Portuqaliyanın "Sportinq" klubunda çıxış edən U-21 millimizin üzvü Budaq Nəsirov karyerasını Azərbaycanda davam etdirəcək.

 

22 yaşlı yarımmüdafiəçi paytaxtın "Zirə" klubuna keçib. Bu barədə Sportal.az-a "qartallar"ın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, son danışıqların getdiyini və transferin tezliklə yekunlaşacağını deyib.

 

Qeyd edək ki, millimizin üzvü 2016-cı ildə "Sumqayıt"dan "Sportinq"ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edirdi. Onun "Sportinq"lə 2021-ci ilə qədər müqaviləsi var.

 

Tarix: 10 Avqust [11:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio