"Zirə" də I Diviziondan imtina etmək istəyib

17:17 - 10 Avqust 2018

Əvəzedicilərin bu mövsümdən I Divizionda mübarizə aparmasına razılıq verməyən “Qəbələ” yarışa qatılmadı. Sportal.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ”dən sonra “Zirə” də çıxışdan imtina eləmək istəyib və bu məqsədlə AFFA-ya müraicət edib. Lakin danışıqların sonrakı mərhələsində “Zİrə” rəhbərliyini fikrindən döndərmək mümkün olub.

 

Qeyd edək ki, PFL prezidenti Ramin Musayev bu gün I Divizionun püşkatmasından sonra jurnalistlərin suallarını cavablandırarkən, bu barədə danışıb. Ad çəkməsə də, Premyer Liqada çıxış edən daha bir klubun əvəzedicilərini diviziona buraxmaq istəmədiyini bildirib.   

 

Xəbər xətti