"Zirə" yeni transferini rəsmən açıqladı

16:49 - 10 Avqust 2018

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qartallar" Budaq Nəsirovla anlaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. 22 yaşlı futbolçu Portuqaliyanın "Sportinq" klubundan icarəyə götürülüb.

 

Qeyd edək ki, millimizin üzvü 2016-cı ildə "Sumqayıt"dan "Sportinq"ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edirdi. Onun "Sportinq"lə 2021-ci ilə qədər müqaviləsi var.

Xəbər xətti