"Çelsi"nin futbolçusu "Valensiya"da

18:53 - 10 Avqust 2018

"Çelsi" hücumçusu Mişi Batşuayini icarəyə verib.

 

Sportal.az xəbər verir ki, London klubunun forvardı "Valensiya"ya keçib. 24 yaşlı forvard mövsümün sonuna qədər icarə əsasında "yarasalar"da oynayacaq. Müqaviləyə satın alma şərti də daxil edilib.

 

Qeyd edək ki, Belçika millisinin üzvü 2016-cı ildə "Marsel"dən 38 milyon avroya "Çelsi"yə transfer edilib.

Xəbər xətti